Əsas Səhifə > XARİCİ XƏBƏR > Türkiyə və Belarus prezidentləri Astanada Rusiya-Ukrayna böhranının nizamlanmasını müzakirə ediblər
Türkiyə və Belarus prezidentləri Astanada Rusiya-Ukrayna böhranının nizamlanmasını müzakirə ediblər4-07-2024, 19:29 |
Türkiyə və Belarus dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Aleksandr Lukaşenko Astanada keçirilən ŞƏT sammiti çərçivəsində Rusiya-Ukrayna böhranının nizamlanmasını müzakirə ediblər. Şəffaflıq.az bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, iki ölkə liderləri Ankara və Minsk arasında ikitərəfli gündəliyi, Ukraynadakı müharibənin nəticələrini, eləcə də aktual regional və qlobal problemləri müzakirə ediblər. Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymağa yönəlmiş addımların vacibliyini vurğulayıb. Ərdoğan bildirib ki, Türkiyə sülh üçün səylərini və hər iki tərəflə səmimi əlaqələri davam etdirəcək. Daha əvvəl Belarus Prezidentinin mətbuat xidməti Türkiyə dövlət başçısı ilə danışıqlar barədə məlumat yayıb, lakin iki lider arasında söhbətin təfərrüatları verilməyib. Geri qayıt |