Əsas Səhifə > SAĞLAMLIQ > Mütəxəssis: Vətəndaş həkimdən elektron resept tələb edə bilər
Mütəxəssis: Vətəndaş həkimdən elektron resept tələb edə bilər4-07-2024, 12:34 |
Vətəndaş kağız üzərində yazılan resept əvəzinə həkimdən elektron resept tələb edə bilər. Şəffaflıq.az xəbər verir ki, bu sözləri Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Elektron səhiyyənin standartları və təsnifatlarının nəşriyyatı bölməsinin mütəxəssisi Sevinc Məhərrəmova “Sağlam radio”da yayımlanan “Sağlam həyat” verilişində deyib. Onun sözlərinə görə, elektron resept sistemi dövlətin tapşırığı ilə tətbiq edilib və hər bir vətəndaş müalicəni təyin edən həkimdən Elektron Resept yazılmasını tələb etməli, həkimlər isə Elektron Resept Sistemini tətbiq etməyə təşəbbüs göstərməlidir. “Həkimlər elektron resept yazmaqdan imtina etdiyi təqdirdə və yaxud apteklər elektron reseptlə dərman buraxmaqdan imtina etdiyi təqdirdə, vətəndaşlara Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar Xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 (“WhatsApp”)) əlaqə saxlamağı tövsiyə edirik”- o qeyd edib. Mütəxəssis onu da bildirib ki, e-resept əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərman preparatlarının satışının qarşısını alır, şəffaf qiymətləndirmə ilə yanaşı, onların istehlakçı hüquqlarının qorunmasına xidmət edir. “Rəqəmsal reseptə yalnız dövlət qeydiyyatından keçən və Tarif Şurası tərəfindən təsdiqlənən dərmanlar daxildir. Bioloji fəal maddələrin təyini rəqəmsal reseptə daxil deyil. Rəqəmsal resept sistemin yaddaşında saxlanılır. Bu da gələcək həkim müayinələri zamanı həkimlər tərəfindən daha öncə yazılan reseptləri görmək imkanı yaradır”, - S.Məhərrəmova vurğulayıb. Selcan Zaurqızı Geri qayıt |