Əsas Səhifə > Hadisə > Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb4-07-2024, 10:30 |
Beyləqan rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, avtomobillərin toqquşması nəticəsində sərnişin, 2017-ci il təvəllüdlü R.Məlikzadə xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub. Fakt araşdırılır. Geri qayıt |