Əsas Səhifə > QOROSKOP > Günün qoroskopu:Axşam saatlarını ailənizlə keçirin. Yaxınlarınızı sevindirin.
Günün qoroskopu:Axşam saatlarını ailənizlə keçirin. Yaxınlarınızı sevindirin.4-07-2024, 00:05 |
Qoç - günün ilk yarısından etibarən məhsuldar işləməyə çalışın. Mürəkkəb, birmənalı olmayan işlərin öhdəsindən gələ bilərsiniz. İşdə rəhbərliklə təmaslarda, həmkarlarınızda münasibətlərdə sayıq olun. Buğa - bol şanslar və imkanlar vəd edən gündür. İntuisiyanızı işə salın. Cari işlərin və rutin məsələlərin öhdəsindən gəlmək üçün bir qədər qətiyyətli olmalısınız. İradəli və ötkəm olun. İşlərinizə kənar müdaxilələrə imkan verməyin. Əkizlər - hadisələrin axarı və proseslər əhvalınıza da təsir edəcək. Həllini gözləyən məişət problemləri var. Maliyyə öhdəliklərinizi unutmayın. İşdə və münasibətlərdə soyuqqanlı olun. Xərçəng - yaxın ətrafınızdakı insanların maraqlarının sizin mənafelərinizlə ziddiyyət təşkil edəcəyinə hazır olun. Fəaliyyətinizdə qarşı tərəfin istəklərini də nəzərə alın. Eqoizm işlərin ziyanınadır. Şir - günün ilk yarısından etibarən intensiv işləməli olacaqsınız. Bununla belə, qüvvənizini və imkanlarınızı olduğundan artıq sayaraq həllini bacarmayacağınız problemin çözümünü vəd etməyin. İfrat intellektual və fiziki yük səhhətinizdə problemlər yarada bilər. Qız - günün ilk yarısından bütün işləri planlaşdırmağa çalışmayın. Proseslərin məcrası gözləntilərinizi alt-üst edə bilər. Çətin vəziyyət sizi ruhdan salmamalıdır. Əhvalınızda stabillik yoxdur. Tərəzi - ailə və məişət qayğılarının öhdəsindən asanlıqla gələ bilərsiniz. Fəaliyyət arealında qayda yaradın. Planlarınızı nizamlayın. İdefikslərə aldanmayın, illüziyaları həqiqət saymayın. Təmir və köçə başlamaq fikriniz varsa, daha münasib zamanı gözləyin. Əqrəb - günün ilk yarısında planları dəqiqləşdirəndən sonra fəaliyyətə başlayın. İşləriniz arasında ən maraqlısını seçərək onu prioritetə çevirin. Vəzifə səlahiyyətlərinin icrası ifrat çətinliklər yaratmayacaq. Oxatan - praktik olun. Praqmat davranın. Pulunuza qənaət edin. "Qara gün" üçün yığdığınız pulları mənasız işlərə, gərəksiz əşyaların alınmasına sərf etməyin. Sabahı düşünün, çünki maliyyə stabilliyi hər an pozula bilər. Oğlaq - günün ilk yarısı ən əlverişli zamandır. Tapşırıqları vaxtında yerinə yetirin. Öhdəliklərin reallaşdırılmasını gecikdirməyin. Başqalarının sürəkli məsləhətlərini qulaqardına vuraraq fəal çalışın. Günün ikinci yarısında yeni layihənin icrasına başlayanda ilk addımlarınızı korrektə edin. Maliyyə problemlərinin həll variantını yəqinləşdirmədən irəliləmək asan deyil. Dolça - huşsuzluq etməyin. Qüvvənizə və potensialınıza qənaət edin. Emosional davranaraq hisslərin əsiri olmayın. Məntiqli addımlar atıb, düşünülmüş qərarlar verin. Balıqlar - faydalı əlaqələrin sayını və çeşidini artırın. Nüfuzlu insanların dəstəyindən operativ şəkildə yararlanın. Qarışıq vəziyyətdə köməyə ehtiyacınız olacaq. Geri qayıt |