Əsas Səhifə > FUTBOL > Amerika Kuboku: 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib
Amerika Kuboku: 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib3-07-2024, 11:16 |
Amerika Kubokunda 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib. Şəffaflıq.az xəbər verir ki, D qrupunda keçirilən qarşılaşmaların nəticəsinə əsasən 1/4 finala son olaraq Braziliya və Kolumbiya yığmaları yüksəlib. Bu komandalar arasında III turun oyununda qalib müəyyənləşməyib - 1:1. Qrupun digər matçında Kosta Rika yığması Paraqvaya 2:1 hesabı ilə qalib gəlib. Kolumbiya (7 xal) qrup birincisi, Braziliya (5 xal) isə ikinci kimi 1/4 finala vəsiqə qazanıb. Amerika Kuboku 1/4 final Argentina - Ekvador Venesuela - Kanada Uruqvay - Braziliya Kolumbiya - Panama Yarımfinalda 1/4 finalın birinci və ikinci, həmçinin üçüncü və dördüncü cütlüklərin qalibləri üz-üzə gələcək. Geri qayıt |