Əsas Səhifə > İnfrastruktur > Muxtar Babayev: Özəl sektorun dayanıqlı inkişaf sahəsində öhdəliklər götürməsi lazımdır
Muxtar Babayev: Özəl sektorun dayanıqlı inkişaf sahəsində öhdəliklər götürməsi lazımdır3-07-2024, 11:13 |
İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün özəl sektor dayanıqlı inkişaf üçün iddialı və sürətləndirilmiş öhdəliklər götürməlidir. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən ekoloji, sosial və korporativ idarəetmə (ESG) sammitində videobağlantıda deyib. “Birgə işləməklə biz dövlət və özəl təşkilatların ESG-nin həyata keçirilməsi üçün ideyaları, strategiyaları və ən yaxşı təcrübələri paylaşa biləcəyi əməkdaşlıq mühiti yaratmaq səylərini dəstəkləyə bilərik. Ümumi problemlərimizin effektiv həllini tapmaq üçün özəl sektorun köməyinə ehtiyacımız var”, - o vurğulayıb. Nazir qeyd edib ki, hazırda maliyyə planları, büdcələr və hədəflərlə dəstəklənəcək etibarlı keçid yollarının seçilməsi çox vacibdir: “Ümid edirik ki, şirkətlər COP29-da iştirak edə, kapitalı necə bölüşdürdüklərini və investisiya qərarlarının iqlim dəyişikliyi hədəflərimizə uyğunluğunu təmin etdiklərini nümayiş etdirə bilərlər. Gəlin, həyat qabiliyyətli iqtisadi modellər yarada bilmək üçün “yaşıl kapital” bazarlarından başlayaq”. M.Babayev qeyd edib ki, Azərbaycan ədalətli və iddialı yeni iqlim maliyyəsi məqsədi ilə bağlı razılaşma əldə etmək, 6-cı maddəni yekunlaşdırmaq, qlobal maliyyə institutlarını gücləndirmək və özəl sektorun iqlim fəaliyyətinə sadiqliyini təmin etməklə fəaliyyətə imkan verməyə çalışır. Geri qayıt |