Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda KOB subyektlərinin maliyyə resurslarına tələbatı araşdırılacaq
Azərbaycanda KOB subyektlərinin maliyyə resurslarına tələbatı araşdırılacaq3-07-2024, 10:52 |
İpoteka və Kredit Zəmanət Fondu kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına və xidmətlərinə tələbatını araşdıracaq. Şəffaflıq.az xəbər verir ki, sorğu zamanı proporsionallığın təmin edilməsi, eləcə də bütün iqtisadi rayonları və qeyri-neft sektorunu əhatə etməsi üçün "klaster" seçimi metodundan istifadə ediləcək. Bu metoda əsasən sorğu edilən sahibkarlıq subyektləri fəaliyyət göstərdiyi iqtisadi sahə, sahibkarlıq subyektinin həcmi (mikro, kiçik, orta), fəaliyyət göstərdiyi region üzrə bölünməli və klaster kimi sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi iqtisadi sahə götürülməlidir. Geri qayıt |