Əsas Səhifə > İdman > Cənubi afrikalı dünya çempionu öldürülüb

Cənubi afrikalı dünya çempionu öldürülüb


3-07-2024, 10:30


Hündürlüyə tullanma üzrə cənubi afrikalı dünya çempionu Jak Freytaq güllələnərək öldürülüb.

Şəffaflıq.az "The Sun"a istinadən xəbər verir ki, idmançı anasının yaşadığı evə getdikdən sonra itkin düşüb.

Axtarışlardan sonra 42 yaşlı idmançının meyiti qəbiristanlığın yaxınlığında tapılıb. Onun güllələndiyi məlum olub. J.Freytaq işsiz qaldıqdan sonra narkotik asılılığı ilə mübarizə aparırdı.

Qeyd edək ki, idmançı 2003-cü ildə hündürlüyə tullanma üzrə dünya çempionu olub.


Geri qayıt