Əsas Səhifə > Hadisə > Bakıda 32 yaşlı qadını avtomobil vurub

Bakıda 32 yaşlı qadını avtomobil vurub


3-07-2024, 09:26


Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Rzayeva Aytekin Xankişi qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt