Əsas Səhifə > XARİCİ XƏBƏR > Azərbaycanın Tailanddakı səfiri geri çağırılıb, yenisi təyin edilib

Azərbaycanın Tailanddakı səfiri geri çağırılıb, yenisi təyin edilib


2-07-2024, 14:31


İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Şəffaflıq.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamına əsasən, Elçin Raqub oğlu Bəşirov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Geri qayıt