Əsas Səhifə > MALİYYƏ > Milli Depozit Mərkəzi depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırıb

Milli Depozit Mərkəzi depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırıb


2-07-2024, 13:20


Milli Depozit Mərkəzi (MDM) tərəfindən depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırılıb.

Şəffaflıq.az MDM-ə istinadən xəbər verir ki, yeni arxitektura, MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb.

Yeni arxitektura çərçivəsində, investisiya şirkətlərinin müştəriləri API (Application Programming Interface) vasitəsilə depo hesablarını məsafədən aça biləcəklər. Bu infrastrukturu təmin edən MDM üzvü olan investisiya şirkətlərində, müştərilərə aid mütləq xanalar doldurulduqdan sonra, depo hesablar avtomatik şəkildə yaranacaq. İnvestisiya şirkətləri tərəfindən məsafədən hesabların açılması praktikası Türkiyə, Almaniya, Böyük Britaniya və digər qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq müəyyən edilib.

"Bu yeni arxitektura, kapital bazarının inkişaf etdirilməsinə, investorlar üçün əlverilişli şəraitin yaradılmasını təmin etməklə, depo hesablarının açılmasını daha sürətli və asan edəcək, müştərilərin məmnuniyyətini artıracaq və investisiya fəaliyyətini daha effektiv həyata keçirilməsinə imkan verəcək", - məlumatda deyilir.


Geri qayıt