Əsas Səhifə > İnfrastruktur > Elşad Nuriyev: “Bakı Gəmiqayırma Zavodunda tikiləcək 6 gəmi müqavilə mərhələsindədir”

Elşad Nuriyev: “Bakı Gəmiqayırma Zavodunda tikiləcək 6 gəmi müqavilə mərhələsindədir”


2-07-2024, 13:05


Bakı Gəmiqayırma Zavodunda inşa ediləcək dörd quru yük gəmisi, bir patrul gəmisi və bir yanğınsöndürmə gəmisi müqavilə mərhələsindədir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev Prezident İlham Əliyevə müəssisənin fəaliyyəti barədə məlumat verərkən deyib.

O bildirib ki, ümumilikdə 1 046 nəfərin çalışdığı zavodda bir "Ro-Pax" tipli bərənin, iki tankerin və bir dibdərinləşdirən gəminin inşası davam etdirilir: "İki tanker, dörd dalğıc və üç sürətli sərnişin gəmisi isə layihəndirmə mərhələsindədir".

E.Nuriyev diqqətə çatdırıb ki, zavod beş ticarət və səkkiz xidmət gəmisi ilə bağlı müqavilələr imzalayıb.

Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodunun təməli 2010-cu ildə qoyulub. 2011-ci il mayın 10-da “Bakı Gəmiqayırma Zavodu” MMC birgə müəssisəsi təsis edilib. 2013-cü ildə Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı baş tutan zavoda 2015-ci ildə Qaradağ Sənaye Parkının rezidenti statusu verilib.


Geri qayıt