Əsas Səhifə > Hadisə > Sumqayıtda 7-ci mərtəbədən yıxılan uşaq ölüb

Sumqayıtda 7-ci mərtəbədən yıxılan uşaq ölüb


1-07-2024, 14:02


Sumqayıt şəhərində hündürlükdən yıxılan uşaq ölüb.

Şəffaflıq.az-ın yerli bürosu məlumat verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən çoxmərtəbəli binaların birində qeydə alınıb.

2019-cu il təvəllüdlü Kənan Fuad oğlu Həsənov 7-ci mərtəbədən yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt