Əsas Səhifə > İnfrastruktur > Azərbaycan Qazaxıstanda keçiriləcək "Şimal-Cənub” forumunda iştirak edəcək

Azərbaycan Qazaxıstanda keçiriləcək "Şimal-Cənub” forumunda iştirak edəcək


1-07-2024, 10:22


Azərbaycan iyulun 19-20-də Qazaxıstanın Aktau şəhərində keçiriləcək I “Şimal-Cənub” Nəqliyyat, Ticarət və İxrac Forumunda iştirak edəcək.

Şəffaflıq.az bu barədə Qazaxıstanın “QazTrade” SC-nin Qeyri-Resurs İxracının Təşviqi İnstitutuna istinadən xəbər verir.

“Foruma Qazaxıstanın Baş nazirinin müavini Serik Jumanqarin sədrlik edəcək. Tədbiri Nəqliyyat Nazirliyi təşkil edəcək”, - məlumatda qeyd edilib.

Tədbirdə Azərbaycanla yanaşı Ermənistan, Əfqanıstan, Belarus, Hindistan, İran, Oman, Pakistan, Rusiya, Suriya, Türkmənistan, BƏƏ-dən dövlət orqanlarının, işgüzar dairələrin, dəmir yolu administrasiyalarının, istehsalçıların, ixracatçıların, nəqliyyat və logistika şirkətlərinin və ayrı-ayrı şirkətlərin nümayəndələri iştirak edəcək. Forumda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas iştirakçılarının iştirakı ilə dəmir yollarının, avtomobil yollarının, limanların inkişafının aktual məsələləri üzrə müzakirələr aparılacaq, kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasına xüsusi diqqət yetiriləcək.


Geri qayıt