Əsas Səhifə > Hadisə > Gömrük əməkdaşları Şabranda qəzaya düşüb, ölən və yaralananlar var

Gömrük əməkdaşları Şabranda qəzaya düşüb, ölən və yaralananlar var


1-07-2024, 10:02


Şabran rayonunda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.

Şəffaflıq.az-ın Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt