Əsas Səhifə > Mədəniyyət > Mədəniyyət Nazirliyi də "Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq
Mədəniyyət Nazirliyi də "Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq29-06-2024, 15:53 |
Prezident İlham Əliyev “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Şəffaflıq.az xəbər verir ki, Fərmanla Azərbaycan Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də "Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşula biləcək. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Geri qayıt |