Əsas Səhifə > İdman > Azərbaycanlı karateçi Xorvatiyada keçirilən turnirdə qızıl medal qazanıb

Azərbaycanlı karateçi Xorvatiyada keçirilən turnirdə qızıl medal qazanıb


29-06-2024, 14:42


Azərbaycan karateçisi Rahib Əzim (+76 kq) Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında qızıl medal qazanıb.

Şəffaflıq.az xəbər verir ki, təmsilçimiz 21 yaşadək idmançıların mübarizəsində fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Qeyd edək ki, komandamıza bu yarışda Azərbaycan Karatate Federasiyasının baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.


Geri qayıt