Əsas Səhifə > XARİCİ XƏBƏR > Danimarka və Almaniya Baltik dənizində sualtı tunel inşa edəcəklər
Danimarka və Almaniya Baltik dənizində sualtı tunel inşa edəcəklər29-06-2024, 10:27 |
Danimarka və Almaniya 2029-cu ilə qədər Baltik dənizinin altında müvafiq olaraq Redbyu şəhərini Putqarten icması ilə birləşdirmək üçün sualtı tunel inşa edəcəklər. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Naked Science" nəşri məlumat yayıb. "Səyahətçilər Femarnbelt tunelindən keçmək üçün ya yeddi dəqiqə qatarla, ya da 10 dəqiqə avtomobillə gəzintiyə çıxmalı olacaqlar. Bu gün bərə ilə bu su maneəsini aşmaq 45 dəqiqə çəkir", - nəşr qeyd edib. Tunelin eninə görə Qərbi Avropada ən böyüyü olacağı və istismar müddətinin azı 120 il olacağı gözlənilir. Tunel suyun altında orta hesabla 40 metr dərinlikdə quraşdırılacaq. Geri qayıt |