Əsas Səhifə > XARİCİ XƏBƏR > Əli Əhmədov: Azərbaycan Belarusla konstruktiv dialoqu davam etdirməyə hazırdır

Əli Əhmədov: Azərbaycan Belarusla konstruktiv dialoqu davam etdirməyə hazırdır


28-06-2024, 22:15


Azərbaycan və Belarus liderləri İlham Əliyev və Aleksandr Lukaşenkonun birgə səyləri sayəsində iki ölkə arasında qarşılıqlı əlaqələr bütün sahələrdə uğurla inkişaf edir.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Belarusun Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qarşılıqlı faydalı əməkdaşlığın bütün spektri üzrə yüksək dinamika fəal dialoq və müntəzəm yüksək səviyyəli səfərləri təmin edir.

“Azərbaycan da öz növbəsində konstruktiv dialoqu davam etdirməyə və ikitərəfli münasibətlərin bütün gündəliyi üzrə birgə problemləri dostluq və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda həll etməyə tam hazırdır”, - Ə.Əhmədov bildirib.

Baş nazirin müavini Belarusun faşist işğalından azad edilməsi uğrunda qəhrəmancasına döyüşmüş azərbaycanlıların xatirəsinə göstərilən ehtirama görə də minnətdarlığını bildirib.


Geri qayıt