Əsas Səhifə > İnfrastruktur > AAYDA: Cənub bölgəsində sel suları yol infrastrukturuna ziyan vurub

AAYDA: Cənub bölgəsində sel suları yol infrastrukturuna ziyan vurub


27-06-2024, 14:21


İstərdim ki, Avropa çempionatında Gürcüstan nağılının sonluğu yaxşı bitsin.

Bunun açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis Almaniyada keçirilən Avropa çempionatının başa çatan qrup mərhələsinin oyunları ilə bağı danışıb:

"Vaxt olduqca bütün görüşləri izləməyə çalışıram, baxa bilmədiyim matçların nəticələrini öyrənirəm. Maraqlı turnir izləyirik. Bizi təəccübləndirən hesablar oldu. Qonşu ölkə Gürcüstan yığmasının çıxışını xüsusi qeyd etmək istərdim. Futbolçularda olan komanda ruhu onları irəli aparır. Bu səbəbdən çəkinmədən hər bir rəqibə qarşı mübarizə apara bilirlər. Məşqçi və futbolçular bir məqsəd uğrunda mübarizə aparırlar və bu səbəbdən onların işləri uğurlu alınır".

"Gürcüstan millisi tək nəticə ilə yox, sərgilədiyi oyunla da xoş təsir bağışlayır. Gürcüstanın belə bir uğura imza atması bizi sevindirir. Adətən nağılların sonluğu həmişə maraqlı bitir. İstərdim ki, Gürcüstan nağılının sonluğu da yaxşı bitsin. Pley-offdakı rəqibləri üç oyundan sonra qapısında qol görməyən İspaniya olacaq. Nəticədən asılı olmayaraq, Gürcüstan futbol tarixində yeni səhifə açıb", - deyə V.Sadıqov vurğulayıb.

Azərbaycan yığmasının sabiq baş məşqçisi qardaş ölkə Türkiyə millisinin 1/8 finala vəsiqə qazanmasına da münasibət bildirib:

"Dünən Çexiya üzərində qələbə qazandılar. Pley-offda rəqibləri daha güclü olacaq. Avstriya yığması hər zaman rəqiblərinə başağrı olub. Lakin "ay-ulduzlular"da olan vətənpərvərlik ruhu onlara bu görüşdə uğur qazandıra bilər. Türkiyə millisi AVRO-2008-dən bu yana qrup mərhələsindən çıxa bilməyib. Hər birimiz inanırıq ki, qardaş ölkənin yığması bizi sevindirəcək. Şansları bərabər sayıram. Bu oyunda ələ düşən hər fürsəti qola çevirməlidirlər".

V.Sadıqov AVRO-2024-ün gərgin mübarizə şəraitində keçdiyini və favorit komandaların çoxluq təşkil etdiyini söyləyib:

"Aşkar favorit yığmanın adını çəkmək çətindir. İspaniya, İtaliya, Almaniya, Fransa, İngiltərə və Niderland kimi böyük futbol ölkələrinin komandalarının ifasında maraqlı görüşlər izləyirik. Portuqaliya yığmasını da xüsusi qeyd etmək istəyirəm. 2016-cı ildə olduğu kimi yenidən çempion ola bilərlər. Baxmayaraq ki, dünən Gürcüstan millisinə məğlub oldular. Bundan başqa, İngiltərə yığması söz-söhbətlərə son qoya bilər. Hər Avropa çempionatı öncəsi onların qarşısına çempion olmaq məqsədi qoyulsa da, alınmır. Bəlkə AVRO-2024 onlar üçün düşərli olar".

Qeyd edək ki, 1/8 final mərhələsinin qarşılaşmaları 29 iyun - 2 iyul aralığında baş tutacaq. AVRO-2024 iyulun 14-də başa çatacaq.                                                                             Şəffaflıq.az


Geri qayıt