Əsas Səhifə > EKOLOGİYA > BMT-nin rezident əlaqələndiricisi: Müasir texnologiyalar bütün tullantıların yenidən istifadəsinə şərait yaradır

BMT-nin rezident əlaqələndiricisi: Müasir texnologiyalar bütün tullantıların yenidən istifadəsinə şərait yaradır


27-06-2024, 12:06

.

Bugünkü müasir texnologiyalar bizə bütün tullantıların yenidən istifadəsinə şərait yaradır.

Şəffaflıq.az xəbər verir ki, bunu Bakıda keçirilən “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı beynəlxalq forumda çıxışı zamanı BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva deyib.

O bildirib ki, hər kəs bu məsələdə öz məsuliyyətini dərk etməlidir: “Azərbaycan hökumətinin qarşısında böyük öhdəlik durur. BMT ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq davam edir. Bizim tövsiyə və təkliflərimiz Azərbaycanda tullantıların idarə olunmasına keçidi təmin edəcək”.


Geri qayıt