Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda dövlət xəttilə ipoteka kreditləşməsinin həcmi açıqlanıb

Azərbaycanda dövlət xəttilə ipoteka kreditləşməsinin həcmi açıqlanıb


27-06-2024, 11:28


Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 215,8 milyon manat kredit verilib.

Şəffaflıq.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 15,8 % azalaraq 134,9 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2,5 dəfə artaraq 250 milyon manat olub, 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 43,8 milyon manat vəsait ayrılıb.


Geri qayıt