Əsas Səhifə > Maraqlı > "O dövlətlərdə hakimiyyətdə avtoritar şəxslər olmalıdır" - Göhvər Baxşəliyeva

"O dövlətlərdə hakimiyyətdə avtoritar şəxslər olmalıdır" - Göhvər Baxşəliyeva


3-12-2019, 22:55

 

Mən sonuncu dəfə Suriyada 2010-cu ildə olmuşam. Şərqdə Dəməşq kimi mədəni, abad, modern şəhər yeganə idi. Çox heyflər olsun ki, Suriya bu vəziyyətə düşdü və bu proses hazırda davam edir.

Şəffaflıq.az bidirir ki, bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru Göhvər Baxşəliyeva deyib.

O, əlavə edib ki, Suriya, İraq, Liviyada vəziyyət bərbad haldadır: "Yaxın Şərqin özünün inkişaf tarixi olduğu kimi, fərqliliyi də var. Baxın, Misirdə sabitlik hərbçilər hakimiyyətə gəldikdən sonra oldu. O dövlətlərdə reallıq belədir: gərək hakimiyyətdə avtoritar və güclü şəxsiyyət olsun, Səddam Hüseyn, Hafiz Əsəd kimi. Bir balaca boş buraxanda o ölkələrdə çaxnaşmlar olur və hakimiyyətə adətən ifrat islamçı qüvvələr gəlir. Bu da arzuedilən deyil. Hafiz Əsəd Suriyanı irəli aparırdı. Səddam Hüseyn diktator və qəddar olsa da, ölkəni irəliyə doğru aparırdı. Mən düşünürəm ki, Suriya və digər şərq ölkələrində yaxın müddətdə stabillik yaranmayacaq".

Millət vəkili əlavə edib ki, Suriyada hərbçilərin iqtidara gəlməsi ənənəsi yoxdur: "Misirdə belə bir ənənə olub. Misirdə bir balaca təlatüm olanda hərbçilər hakimiyyəti ələ alır.Suriyada belə ənənə olmayıb və Hafiz Əsəd bir qədər fərqlidir. İndi də Suriyada ən güclüsü Əsəd ailəsidir. Yəqin ki, yenə də hakimiyyətdə Bəşər Əsəd olacaq. Olmsa da, Əsəd kimi başqa bir şəxs ortaya çıxarılacaq".
Geri qayıt