Əsas Səhifə > Hadisə > Sumqayıtda avtomobilin vurduğu 68 yaşlı qadın xəstəxanada ölüb
Sumqayıtda avtomobilin vurduğu 68 yaşlı qadın xəstəxanada ölüb27-06-2024, 10:13 |
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın yerli bürosu məlumat verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. Belə ki, Alim Nemət oğlu Tağıyevin idarə etdiyi “Mercedes” markalı avtomobil piyada, 1956-cı il təvəllüdlü Umkürsüm İslam qızı Abdullayevanı vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |