Əsas Səhifə > Hadisə > Bakıda gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb
Bakıda gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb26-06-2024, 23:36 |
İyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə "Report"a Nərimanov rayon prokurorluğundan məlumat verilib. Araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam davam edir. Şəffaflıq.az Geri qayıt |