Əsas Səhifə > Hadisə > Ağcabədidə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Ağcabədidə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb


26-06-2024, 10:59


Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində mağazadan oğurluq etməkdə şübhəli bilinən Nahid Hüseynov saxlanılıb.

Bu barədə  DİN-in Mətbuat xidmətindən bildirilib.

O, tütün məmulatları və içki məhsulları oğurlamaqla mağaza sahibinə maddi ziyan vurmaqda şübhəli bilinir. Oğurlanmış məhsulların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Şəffaflıq.az


Geri qayıt