Əsas Səhifə > Kriminal > Ermənilər AzTV-nin əməkdaşına hücum ediblər
Ermənilər AzTV-nin əməkdaşına hücum ediblər3-12-2019, 22:48 |
Rusiyanın Krasnodar diyarının Armavir şəhərində AzTV-nin əməkdaşına hücum edilib. Şəffaflıq.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi zamanı baş verib. Armavirdə yaşayan ermənilərin bir qrupu Azərbaycan Televiziyasının məsələ ilə bağlı burada çəkiliş aparan əməkdaşlarına hücum çəkərək onlara xəsarət yetirib, kameranı sındırıblar. Xatırladaq ki, bu günlərdə Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı. Qaregin Njde Böyük Vətən müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Geri qayıt |