Əsas Səhifə > Hadisə > Sumqayıtda qardaşlar arasında münaqişə bıçaqlanma ilə nəticələnib

Sumqayıtda qardaşlar arasında münaqişə bıçaqlanma ilə nəticələnib


25-06-2024, 09:19


Sumqayıtda qardaş qardaşını bıçaqlayıb.

Şəffaflıq.az-ın yerli bürosu məlumat verir ki, hadisə şəhərin 47-ci məhəlləsində qeydə alınıb.

Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Babayev Sənan Elşən oğlu aralarında baş vermiş münaqişə zəminində qardaşı 2004-cü il təvəllüdlü Babayev Sədan Elşən oğluna bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt