Əsas Səhifə > Gündəm > Fədayə Laçına hökm oxundu
Fədayə Laçına hökm oxundu26-12-2018, 21:02 |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, polkovnik Bəhruz Abdullayevin məhkəməsi keçirilib. Məhkəmə kollegiyasının hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri Tural Poladxanov və Fuad Hacıyevin hər biri 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il, Əli Ağami 20 il müddətinə azadlıqdan məhrum edilib. Polkovnik Bəhruz Abdullayevin ittiham olunduğu mənimsəmə ittihamı üzrə ona bəraət verilib və rüşvət almaq maddəsi isə ittihamdan xaric olunub. Şəffaflıq.az Geri qayıt |