Əsas Səhifə > REGİON > İranda insulin preparatı çatışmır

İranda insulin preparatı çatışmır


24-06-2024, 11:26


İranda insulin preparatının çatışmazlığı şəkərli diabet xəstələrinin həyatı üçün təhlükə yaradıb.

Şəffaflıq.az “İran İnternational”a istinadən xəbər verir ki, bunu İran ərzaq və dərmana nəzarət üzrə təşkilatının başçısı Heydər Məhəmmədi bildirib.

Onun sözlərinə görə, insulinə olan tələbatın yarısı yerli istehsalın, digər qismi isə idxal hesabına təmin olunur.

Bildirilib ki, xarici şirkət istehsalın azalması səbəbindən İranın tələb etdiyi kvotanın yalnız dörddə birini təmin edib.


Geri qayıt