Əsas Səhifə > FUTBOL > İsveçrə - Almaniya matçının ən yaxşı futbolçusu açıqlanıb

İsveçrə - Almaniya matçının ən yaxşı futbolçusu açıqlanıb


24-06-2024, 09:07


Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan İsveçrə - Almaniya matçının (1:1) ən yaxşı futbolçusu müəyyənləşib.

Şəffaflıq.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçrəlilərin heyətində Qranit Caka qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

31 yaşlı yarımmüdafiəçinin ötürmələrinin 84 faizi dəqiq olub.

Qeyd eədk ki, Q.Caka Macarıstanla oyundan sonra da görüşün ən yaxşı futbolçusu adını qazanmışdı.


Geri qayıt