Əsas Səhifə > XARİCİ XƏBƏR > Ekvador polisi iki tondan çox kokain ələ keçirib

Ekvador polisi iki tondan çox kokain ələ keçirib


24-06-2024, 00:01


Ekvadorun hüquq-mühafizə orqanları cinayətkarların İspaniyaya göndərməyi planlaşdırdıqları 2 tondan çox kokain müsadirə ediblər.

“Report”un məlumatına görə, bu barədə ölkə polisi X sosial şəbəkəsində məlumat yayıb.

Belə ki, El-Oro limanında ixrac üçün nəzərdə tutulan malların olduğu konteynerə baxış zamanı 2 tondan çox kokain aşkarlanıb. Faktla bağlı bir nəfər saxlanılıb.

Şəffaflıq.az


Geri qayıt