Əsas Səhifə > FUTBOL > "Şamaxı" daha bir legioner futbolçunu heyətinə qatıb
"Şamaxı" daha bir legioner futbolçunu heyətinə qatıb23-06-2024, 23:55 |
Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Şamaxı” heyətini daha bir legioner futbolçu ilə gücləndirib. Şəffaflıq.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əyalət təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Georgi Kantariyanı heyətinə qatıb. 27 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. G.Kantariyanın sonuncu klubu Livanın “Nejmeh” kollektivi olub. O, daha əvvəl Azərbaycanda "Kəpəz" klubunun da formasını geyinib. Qeyd edək ki, "Şamaxı" daha əvvəl əcnəbi futbolçulardan Brahim Konateni sıralarına cəlb etmişdi. Geri qayıt |