Əsas Səhifə > XARİCİ XƏBƏR > İkinci “IEA-COP29” yüksək səviyyəli dialoq Londonda baş tutacaq

İkinci “IEA-COP29” yüksək səviyyəli dialoq Londonda baş tutacaq


21-06-2024, 19:22


Böyük Britaniyanın paytaxtı Londonda iyunun 24-də “Beynəlxalq Enerji Agentliyi (IEA) - COP29” adlı ikinci yüksək səviyyəli dialoq keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, IEA-nın icraçı direktoru Fatih Birol sosial şəbəkələrdə bildirib ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə birgə həmsədr qismində iştirak edəcəyi görüş London Şəhər Korporasiyası tərəfindən iqlim dəyişikliyinə qarşı mübarizə həftəsi çərçivəsində təşkil olunacaq.

“Enerji, iqlim və maliyyə sahəsində liderlər xüsusilə inkişaf etməkdə olan bazar və inkişaf etməkdə olan ölkələrdə təmiz enerji investisiyalarının necə artırılmasına diqqət yetirəcəklər”, - o bildirib.

Məlumata görə, F.Birol və M.Babayevin həmsədrlik etdiyi dialoqlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyi ilə sıx əməkdaşlıq çərçivəsində keçirilən dialoqlar enerji inkişafı yolları ilə bağlı beynəlxalq konsensusun formalaşmasına, sənaye tullantılarının sıfıra endirilməsinə və qlobal istiləşmənin 1,5 dərəcəyə qədər məhdudlaşdırılmasına yönəlib.


Geri qayıt