Əsas Səhifə > Hadisə > Sumqayıtda ağır yol qəzasında xəsarət alanlar Bakıya gətirilib

Sumqayıtda ağır yol qəzasında xəsarət alanlar Bakıya gətirilib


21-06-2024, 10:57



Sumqayıtda ağır yol qəzasında xəsarət alanlar Bakıya gətirilib.

Şəffaflıq.az verir ki, ötən gün “Yaşma bağları” adlanan ərazidə yük maşınının minik avtomobilinə çırpılması nəticəsində xəsarət alanlar - minik avtomobilinin sərnişinləri: 1979-cu il təvəllüdlü Babayeva Könül Bəxtiyar qızı və 1973-cü il təvəllüdlü Aslanova Minə Möhsün qızı Bakıda yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

K.Babayevaya qapalı-kəllə beyin travması diaqnozu qoyulub.

Qeyd edək ki, qəza zamanı minik avtomobilində olan digər sərnişin, 1971-ci il təvəllüdlü Lalə Abuəli qızı Hüseynli aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Fakt araşdırılır.


Geri qayıt