Əsas Səhifə > SAĞLAMLIQ > Bayram günlərində KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 17 nəfər qəbul edilib
Bayram günlərində KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 17 nəfər qəbul edilib20-06-2024, 15:23 |
Bayram günlərində (15-19 iyun) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 17 nəfər qəbul edilib. Bu barədə Şəffafliq.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. Onun sözlərinə görə, şöbəyə qəbul edilən şəxslər dərman, ilan sancması və sirkədən zəhərlənən şəxslərdir. R.Məmməd bildirib ki, həmin müddətdə ölüm halı qeydə alınmayıb. Geri qayıt |