Əsas Səhifə > SAĞLAMLIQ > Bəzi ölkələrdən Azərbaycana idxal edilən məhsullara qoyulan məhdudiyyət aradan qaldırılıb
Bəzi ölkələrdən Azərbaycana idxal edilən məhsullara qoyulan məhdudiyyət aradan qaldırılıb20-06-2024, 13:01 |
Dünyadakı epizootik vəziyətə uyğun olaraq bəzi ölkələrdən Azərbaycana idxal edilən məhsullara qoyulan məhdudiyyət aradan qaldırılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Kot-d'İvuar Respublikasının Komoe, Abican rayonlarında, Türkiyə Respublikasının Dənizli vilayətində, Amerika Birləşmiş Ştatlarının isə Vaşinqton, Nyu-York, Florida ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. "Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adları çəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub", - deyə məlumatda qeyd olunub. Geri qayıt |