Əsas Səhifə > İnfrastruktur > İranda “Şimal-Cənub” layihəsi çərçivəsində dəmir yolu xətti istifadəyə verilib

İranda “Şimal-Cənub” layihəsi çərçivəsində dəmir yolu xətti istifadəyə verilib


20-06-2024, 11:53


İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan, Xəzər dənizinin cənub sahilində yerləşən Gilan vilayətində Rəşt-Xəzər dəmir yolu xəttini istifadəyə verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İran hökuməti məlumat yayıb.

“İran prezidenti səlahiyyətlərini icra edən Məhəmməd Mohberin iştirakı ilə Rəşt-Xəzər dəmir yolunun bir hissəsi istifadəyə verilib”, - məlumatda qeyd edilib.

37 kilometr uzunluğunda olan Rəşt-Xəzər dəmir yolu İranın cənub və şimal limanlarını birləşdirməyə imkan verir. Bu, Xəzər dənizi ilə Fars və Oman körfəzləri arasında birləşdirici halqadır.

Rəşt şəhərindən Xəzər limanına qədər olan hissə Rəşt-Astara dəmir yolunun tikintisinin ilkin mərhələsidir. Gələcəkdə Xəzər limanından artıq İranın şimal-qərbində Astara şəhərinə qədər olan yolların növbəti hissəsinin inşası planlaşdırılır.


Geri qayıt