Əsas Səhifə > SİYASƏT > Səbinə Əliyeva: Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında cəmiyyətin rolu artırılmalıdır

Səbinə Əliyeva: Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında cəmiyyətin rolu artırılmalıdır


20-06-2024, 10:04


Xəzər dənizinin sahilində keçirilən aksiyanın məqsədi dənizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında cəmiyyətin rolunu artırmaqdır.

Bu sözləri  açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva Bakıda milli insan hüquqları gününə həsr olunmuş aksiya zamanı deyib.

O bildirib ki, ətraf mühitin qorunması və insan hüquqları Yaşıl Dünya naminə Həmrəylik ilinə həsr olunmuş aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çəçivəsində keçirilir:

"Bu günki aksiyamızda, həmçinin, Vətəndaş Cəmiyyətinin nümayəndələri də iştirak edirlər. Aksiyamızın əsas məqsədi sahilyanı zonanın məişət tullantılarından təmizlənməsi, Xəzər dənizinin sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində cəmiyyətin rolunun artırılmasına təşfiq etməkdir"Şəffaflıq.az.


Geri qayıt