Əsas Səhifə > FUTBOL > Pepe Avropa çempionatları tarixinin ən yaşlı futbolçusu olub
Pepe Avropa çempionatları tarixinin ən yaşlı futbolçusu olub19-06-2024, 12:27 |
Pepe kimi tanınan 41 yaşlı Kepler Laveran Lima Ferreyra Avropa çempionatları tarixinin ən yaşlı futbolçusu olub. Şəffaflıq.az-ın məlumatına görə, Portuqaliya millisinin müdafiəçisi AVRO-2024-ün qrup mərhələsinin I turunda Çexiyaya qarşı keçirdikləri oyunda meydana çıxmaqla bunu bacarıb. Bundan əvvəl bu rekord AVRO-2016-da 40 yaşında meydana çıxan macarıstanlı qapıçı Qabor Kiraya məxsus idi. Pepe üçün hazırkı Avropa çempionatı beşinci (2008, 2012, 2016, 2020, 2024) olub. Bu göstərici üzrə rekord onun Portuqaliya millisindəki komanda yoldaşı Kriştianu Ronalduya (6) məxsusdu. Geri qayıt |