Əsas Səhifə > Hadisə > Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub

Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub


19-06-2024, 11:19


Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub.

Şəffaflıq.az-ın Aran bürosunun məlumatına görə, hadisə Araz çayının rayonun Seyidlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən batıb.

Yaxınları tərəfindən aparılan axtarışlar zamanı onun meyiti batdığı yerin yanında aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt