Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Fransa Maliyyə Nazirliyinin avtomobili oğurlanıb

Fransa Maliyyə Nazirliyinin avtomobili oğurlanıb


18-06-2024, 11:34


Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyinin avtomobili Parisin şimal-şərq ətrafı Sevranda oğurlanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Europe 1" radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, hadisə iyunun 16-da nazirliyin sürücüsünün yaşadığı Sevrandakı evin yaxınlığında baş verib. O, oğurluq barədə polisə müraciət edib. Avtomaşın geolokasiya sistemi ilə təchiz olunmayıb.


Geri qayıt