Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Salvadorda güclü yağışlar 14 nəfərin ölümünə səbəb olub

Salvadorda güclü yağışlar 14 nəfərin ölümünə səbəb olub


18-06-2024, 11:26

.

Salvadorda azı 14 nəfər güclü yağışların qurbanı olub.

Şəffaflıq.az ın məlumatına görə, bu barədə “El Salvador” nəşri respublikanın Milli Mülki Müdafiə Komissiyasına istinadən xəbər verir.

Qeyd olunur ki, yağışlar nəticəsində ölkədə 3 azyaşlı olmaqla 14 nəfər ölüb. Hakimiyyət 882 nəfəri təxliyə etməyə məcbur olub.

Ümumilikdə, ölkədə 117 mindən çox insanı qəbul edə biləcək 6 sığınacaq təchiz edilib. İyunun 13-dən etibarən Mərkəzi Amerika ölkəsində 42 torpaq sürüşməsi qeydə alınıb, 27 evə ziyan dəyib.

Milli Mülki Müdafiə Komissiyasının rəhbəri Luis Samayın sözlərinə görə, meteoroloqlar yaxın günlərdə ölkədə təxminən 750 mm yağıntının düşə biləcəyini, bunun da illik normanın dörddə birini keçdiyini bildirirlər. Ölkənin bir çox bölgəsində 16 saatdan çoxdur yağış yağır.


Geri qayıt