Əsas Səhifə > Hadisə > Kürdəmirdə minik avtomobili yük maşınına çırpılıb, ölən var

Kürdəmirdə minik avtomobili yük maşınına çırpılıb, ölən var


18-06-2024, 10:40


Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az ın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, İmişli rayon sakini, 1976-cı il təvəllüdlü Qasımov Elşən Məhəmmədəli oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən arxadan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə E.Qasımov hadisə yerindəcə ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.


Geri qayıt