Əsas Səhifə > Hadisə > Tərtərdə 32 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tərtərdə 32 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb


15-06-2024, 09:43


Tərtər rayonunda 32 yaşlı Əliyev Abil Mətləb oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

“Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Əliyev Sədi Mətləb oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Araşdırma aparılır”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, ötən gün Tərtər rayonunda 1992-ci il təvəllüdlü kişi qətlə yetirilib.

Şəffaflıq.az


Geri qayıt