Əsas Səhifə > FUTBOL > Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri keçiriləcək.
Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri keçiriləcək.15-06-2024, 09:39 |
Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, ikinci oyun günündə A və B qrupunun oyunları reallaşacaq. Günün ilk matçında - A qrupunun oyunları çərçivəsində Macarıstan və İsveçrə futbolçuları münasibətlərinə aydınlıq gətirəcək. Köln şəhərində baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək. B qrupunun ilk görüşü isə paytaxt Berlində gerçəkləşəcək. Saat 20:00-da başlayacaq oyunda İspaniya Xorvatiyanı sınağa çəkəcək. Günün son oyunu da eyni qrupda baş tutacaq. Saat 23:00 - da start götürəcək matçda İtaliya və Albaniya seçmələri münasibətlərinə aydınlıq gətirəcək. Qeyd edək ki, turnirin açılış matçında Almaniya millisi Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib. AVRO-2024 17:00. Macarıstan - İsveçrə B qrupu, I tur 20:00. İspaniya - Xorvatiya Baş hakim: Maykl Oliver (İngiltərə). Berlin, Olimpiya stadionu B qrupu, I tur 23:00. İtaliya - Albaniya Baş hakim: Feliks Çvayer (Almaniya). Dortmund, "Siqnal İduna Park" stadionu Geri qayıt |