Əsas Səhifə > XARİCİ XƏBƏR > Zelenski: Rusiya ilə dondurulmuş münaqişə olmayacaq

Zelenski: Rusiya ilə dondurulmuş münaqişə olmayacaq


14-06-2024, 22:55


Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara başlamaq üçün yeni şərtlər uydurub.

Şəffaflıq.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky TG24” telekanalına müsahibəsində deyib.

O bildirib ki, Kreml rəhbərinin bu cür bəyanatları ultimatumdur.

“Nə deyə bilərəm? Bu mesajlar ultimatumdur, onun əvvəllər Putinin irəli sürdüyü digər ultimatumlardan heç bir fərqi yoxdur”, - Ukrayna dövlət başçısı vurğulayıb.

V.Zelenski qeyd edib ki, Rusiya ilə heç bir dondurulmuş münaqişə olmayacaq.

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyində çıxış edən Vladimir Putin Rusiyanın Ukrayna ilə nə vaxt danışıqlar apara biləcəyini açıqlayıb.


Geri qayıt