Əsas Səhifə > Hadisə > Azərbaycanda bu il 33 575 körpə doğulub, onlardan 1104-ü əkiz, 45-i üçəmdir
Azərbaycanda bu il 33 575 körpə doğulub, onlardan 1104-ü əkiz, 45-i üçəmdir14-06-2024, 10:41 |
2024-cü ilin yanvar-aprel aylarında 33 575 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsindən Şəffaflıq.az Şəffaflıq.az a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq, 11,1-dən 10,0-a düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,9 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,1 faiz olub. Körpələrdən 1104-ü əkiz, 45-i isə üçəm doğulub. Geri qayıt |