Əsas Səhifə > EKOLOGİYA > Qaxa güclü dolu düşüb, meyvə ağaclarına və təsərrüfatlara ziyan dəyib

Qaxa güclü dolu düşüb, meyvə ağaclarına və təsərrüfatlara ziyan dəyib


14-06-2024, 09:30


Qax rayonunun ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Şəffaflıq.az un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qaxbaş kəndinə və şəhər ərazisinə yağış yağıb. Daha sonra isə doluya çevrilib.

Yarım saata kimi davam edən dolu nəticəsində bostan-tərəvəz, həmçinin meyvə ağaclarına və fərdi təsərrüfatlara ciddi ziyan dəyib.

Hazırda Qax rayonunda güclü küləklə müşahidə olunan leysan yağışı yağır.



Geri qayıt