Əsas Səhifə > QOROSKOP > Günün qoroskopu:Səfər və ya səyahətə hazırlaşa bilərsiniz.
Günün qoroskopu:Səfər və ya səyahətə hazırlaşa bilərsiniz.14-06-2024, 00:03 |
Qoç - Gün ümumən uğurlu olsa da, kiçik problemlər, anlaşılmazlıqlar və uğursuz təsadüflər əhvalınızı korlaya bilər. Nikbin olun, ruhdan düşməyin. Çətinliklər müvəqqətidir. İşsiz oturmayın, çalışın. Passivlik səhhətinizə pis təsir edə bilər. Axşam saatlarında istirahət edin. Buğa - Aktiv çalışmaq üçün əlverişli gündür. Mənzil və ya ev almaq, kirayəyə götürmək fikriniz varsa, işi təxirə salmayın. Amma ilkin danışıqlarda sayıq olun. Maliyyə məsələlərində sadəlövhlük etməyin. Səyahətə və ya səfərə yollanmaq, gərəkli əşyanı almaq olar. Bütün addım və qərarlarınızda soyuqqanlı olun, məntiq çərçivəsində hərəkət edin Axşam saatlarında yaşam tempini bir qədər aşağı salın. Əkizlər - Uğurlu gün olmayacaq. Lakin günün ikinci yarısına yaxın əlverişli imkanlar yaranacaq. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün şansdan yararlanın. Planları həyata keçirin və ya nüfuzlu insanı işinizlə maraqlandırın. Günün ikinci yarısında aktiv olun, kiçik problemlər sizi qorxutmasın. Xərçəng - Sadə gün deyil. Yeni işlərə başlamaq, layihəyə start vermək, müttəfiqlər axtarmaq üçün düşərli zaman deyil. Aktiv çalışın, uzun-uzadı istirahət etməyin. Əks cins mənsubu ilə ixtilaf yarana bilər. Alış-verişdə bədxərcliyə qapılmayın. Şir - Günün ilk yarısında əlverişsiz emosional fon var. Əhvalınız dəyişəcək. Yaxın ətrafınızdakı insanlarla dil tapmaq çətinləşir, fikirlərinizdəki qarışıqlığı aradan qaldırmaq müşkül məsələyə çevrilir. Günün ikinci yarısı daha uğurludur. Yeni işlərə şövq və həvəslə başlasanız, tezliklə uğura nail ola bilərsiniz. Qız - Günün ilk yarısı bilik, bacarıq və təcrübənin artırılması, yeni informasiya alınması, faydalı təcrübənin əxz olunması üçün əlverişlidir. İntellektual potensialınız yüksəkdir. Ciddi problemləri həll etməyə, çətin suallara cavab aramağa çalışın. Günün ikinci yarısı diqqət, səliqə və konsentrasiya tələb edən işlər üçün yaxşıdır. Tərəzi - Bütün məqsədlər əlçatan təsir bağışlayır. Fəqət qüvvə və potensialınızı olduğundan artıq saymayın, çətin işləri təkbaşına həll etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanın təklif etdiyi yardımdan boyun qaçırmayın. Birgə iş və əməkdaşlıq daha effektivdir. Günün ikinci yarısında xurafat qurbanı olaraq ciddi səhvə yol verməyin. Əqrəb - Gün ərzində yaşanan xoşagəlməz hadisələri soyuqqanlılıqla qarşılayın, stoik olun. Təmkin və səbr sayəsində çətin situasiyalardan çıxış yolu tapmaqla yanaşı, bunu bacara bilməyən insanlara da yardım edəcəksiniz. Xərclər olacaq və onların bəziləri məntiqi deyil. Alış-veriş məsləhət deyil. Axşam saatlarında normal istirahət edin. Oxatan - Günün ilk yarısı aktiv fəaliyyət, ruh yüksəkliyi və yeni ideyaların peyda olduğu zamandır. Dərhal uğur əldə edəcəyinizi düşünməyin. Lakin bu vaxt gördüyünüz işlərdə fayda var. Küsənləri barışdırın. Alış-verişdə simiclik etməyin. Günün ikinci yarısında yaşam tonusu səviyyəsi aşağı düşəcək. Təkbaşına qalanda, tənha dəqiqələr yaşayanda özünüzü daha yaxşı hiss edəcəksiniz. Oğlaq - Gün ciddi problemlər vəd etməsə də, kiçik anlaşılmazlıqlar olacaq. Müşküllərə sakit yanaşın. Vaxtında qəbul edilmiş səhih qərar hər şeyi yoluna qoymağınıza imkan verəcək. Yaşlı qohumlarla fikir ayrılıqları, pula görə mübahisələr istisna deyil. Günün ikinci yarısı çətin məsələlərin həlli üçün əlverişli zamandır. Enerjili və qətiyyətli olun. Dolça - Günün ilk yarısında ehtiyatlı olun. Hər addımı yaxşı düşünün, hər qərarı götür-qoy edin. Gərəksiz əlaqə və təmaslara can atmayın. Şübhəli şəxslərlə iş görməyin. Yaramaz insanlarla ünsiyyətdən tamamən qurtulmaq mümkün deyil. Günün ikinci yarısında maliyyə itkisi, cərimə, cəza riski var. Axşam saatlarında başağrısı ola bilər. Balıqlar - Əlverişli gündür. Köhnə dostlarla yanaşı, yeni tanışlar üçün ünsiyyət yaxşı alına bilər. Yaxın ətrafınızdakı insanlarda müsbət təəssürat yaradırsınız. İşlərin irəliləməsi üçün konkret problemləri sürətlə həll edin. Diqqət mərkəzində olacaqsınız. Səfər və ya səyahətə hazırlaşa bilərsiniz. Geri qayıt |